Boris Conson Putini təhqir etdi: Ona çatdırın ki...
Dünya
615
10:46, Bu gün

Boris Conson Putini təhqir etdi: Ona çatdırın ki...

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putini “imperiya ambisiyalarından” əl çəkməyə çağırıb.
 
Bu barədə o, “Delfi” ilə söhbətində bildirib.
 
Müsahibə zamanı siyasətçi Putini təhqir edib, həmçinin Rusiyanın artıq imperiya olmadığını xatırladaraq, bu məlumatı ona çatdırmağa çağırıb. Conson qeyd edib ki, başqa dövlətləri idarə etməyə çalışmaq lazım deyil.
 
“Estoniya, Latviya, Litva - bu ölkələrin heç biri artıq Rusiya imperiyasının bir hissəsi deyil və eyni şey Ukraynaya da aiddir . Hər şey bitdi”, - deyə keçmiş baş nazir yekunlaşdırıb.
 
Bundan əvvəl Conson Ukraynada müharibə başlamazdan əvvəl Putinlə söhbətinin təfərrüatlarını açıqlamışdı. Onun sözlərinə görə, Rusiya prezidenti “çox uzun və son dərəcə qeyri-adi telefon danışığı” zamanı müharibəmin başlanmasının yolverilməzliyi ilə bağlı xəbərdarlıqlara cavab olaraq onda qorxu yaratmağa çalışıb.
Link kopyalandı!
Son xəbərlər