Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə terror təhlükəsinin tam aradan qaldırılması üçün əlverişli şəraitin olduğunu açıqlayıb.
O, bu barədə Diyarbəkir şəhərində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyənin terrora birdəfəlik son qoymaq imkanı var: "Bu fürsəti itirməyi düzgün hesab etmirik. Xaricdən dəstək alıb- almamasından asılı olmayaraq heç bir terror təşkilatı Türkiyəyə müqavimət göstərə bilməz".
Qeyd edək ki, bu günlərdə Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terror təşkilatına qarşı mümkün əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada yerləşən PKK yaraqlılarına ultimatum verib. Onun sözlərinə görə, rəsmi Ankara PKK təmsilçilərindən silahlarını yerə qoyaraq Suriya ərazisini tərk etməyi tələb edib. Bu təklifə məhəl qoyulmasa, Ankara hərbi əməliyyatlara başlaya bilər.