Ən bahalı TƏBİİ FƏLAKƏT - Yanğının vurduğu maddi zərər AÇIQLANDI
Dünya
484
19:07, Bu gün

Ən bahalı TƏBİİ FƏLAKƏT - Yanğının vurduğu maddi zərər AÇIQLANDI

Kaliforniyada meşə yanğınları fəlakətli nəticələrə səbəb olub.
 
Hazırkı məlumata görə, hadisə nəticəsində 11 nəfər həlak olub, təxminən 10 min bina tamamilə dağılıb və çox sayda insan evakuasiya edilib.
 
Təbii fəlakətin ilkin iqtisadi zərəri 150 milyard dollar olaraq qiymətləndirilir.
 
Bu, həm evlərin, həm də infrastrukturun məhvi ilə yanaşı, ətraf mühitə və iqtisadi fəaliyyətə də ağır zərbə vurub.
 
Rəsmilər bildirir ki, yanğınların qarşısını almaq üçün fövqəladə xidmətlər və xilasedicilər fasiləsiz çalışırlar. Lakin quraqlıq və güclü küləklər alovların sürətlə yayılmasını daha da çətinləşdirir. Bir çox ərazidə nəzarətdən çıxan alovlar nəticəsində ekologiyaya ciddi zərər dəyib, çoxlu sayda flora və fauna məhv olub.
Link kopyalandı!
Son xəbərlər