Panama Donald Trampdan BMT-yə şikayət edə bilər
Dünya
182
14:31, Bu gün

Panama Donald Trampdan BMT-yə şikayət edə bilər

Panama Prezidenti Xose Raul Mulino bildirib ki, Donald Tramp Panama kanalı ilə bağlı ölkəyə təzyiqləri davam etdirərsə, ölkəsi BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər.
 
Bu barədə "Politico" nəşri Panamanın keçmiş prezidenti Ernesto Balladaresə istinadən məlumat verib.
 
Sabiq prezident vurğulayıb ki, Xose Raul Mulino Donald Trampın yanvarın 20-dən (andiçmə mərasimi baş tutacaq) sonra atacağı addımları gözləyir.
 
Xatırladaq ki, D.Tramp bu yaxınlarda Vaşinqtonun Panama kanalına nəzarəti qaytarmalı olduğunu bəyan edib, həmçinin Danimarka muxtariyyəti olan Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin tərəfdarı olduğunu söyləyib. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər