Xərçəngin yayılma sirri: Alimlər yeni kəşfə imza atdı
Dünya
401
12:24, Bu gün

Xərçəngin yayılma sirri: Alimlər yeni kəşfə imza atdı

Cənubi Danimarka Universitetinin alimləri xərçəngin digər orqanlara yayılmasına səbəb olan 177 geni müəyyən ediblər.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, bu genlərin mövcudluğu, metastaz verən xərçəng növlərinə xasdır.
 
Tədqiqat çərçivəsində altı fərqli xərçəng növündən 200-dən çox şiş nümunəsi təkhüceyrəli RNT sekvenləşdirmə (scRNA-seq) texnologiyası ilə araşdırılıb. Bu yanaşma şişlərdəki fərdi hüceyrələrin metastaz zamanı necə davrandığını, həmçinin metastaz etməyən şişlərlə fərqlərini anlamağa imkan yaradıb.
 
Bu kəşf metastazlaşan şişlərin genetik xüsusiyyətlərini daha dəqiq müəyyən edərək, xərçəngin müalicəsində yeni və daha effektiv yanaşmaların inkişafına şərait yarada bilər. Alimlər hesab edir ki, bu genetik “imza” gələcəkdə xəstələrin fərdi müalicə planlarının hazırlanmasında istifadə ediləcək.
 
Link kopyalandı!
Son xəbərlər