Tehran Bakı ilə razılaşıb, İrəvanı satacaq? – Manqasaryan
Dünya
501
09:11, Bu gün

Tehran Bakı ilə razılaşıb, İrəvanı satacaq? – Manqasaryan

Regional müharibə riski çox realdır, lakin bu, Azərbaycan və Türkiyənin hərəkətlərindən, eləcə də əsas beynəlxalq oyunçuların və İranın reaksiyalarından asılıdır.
 
Bu sözləri erməni hərbi ekspert Vitali Manqasaryan yerli mediaya müsahibəsində Azərbaycan və Ermənistan arasında son prosesləri şərh edərkən deyib.
 
O iddia edib ki, əlverişli şərait olarsa, Azərbaycan güc tətbiq edəcək:
 
 “Əminəm ki, Azərbaycan Türkiyə və İsrailin dəstəyi ilə Ermənistan və İrana təzyiqlərini davam etdirəcək. İranda keçirilən hərbi təlimlər və aydın xəbərdarlıqlar Tehranın vəziyyəti diqqətlə izlədiyini göstərir”.
 
İranın Yaxın Şərqdə – xüsusilə Suriyada məğlubiyyətindən sonra Cənubi Qafqazda Azərbaycan və Türkiyə ilə “razılaşma danışıqlarına” başladığı və hansısa razılaşma müqabilində Ermənistandan vaz keçə biləcəyi haqda sualı isə hərbi ekspert bu cür cavablandırıb:
 
“Təbii ki, hər şeyin öz qiyməti var”.  
Link kopyalandı!
Son xəbərlər