Bizi sosial şəbəkələrdən izləyin:
Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen bildirib ki, ölkə yaxın gələcəkdə Rusiya ilə sərhədi açmağı planlaşdırmır.
Moderator.az xəbər verir ki, bu barədə danışan Rantanen deyib ki, onun ofisi “xarici ölkələrin immiqrantları istismar edərək Finlandiyaya təsir etməsinin qarşısını almaq üçün” qanun layihəsi hazırlayıb.
İyulun 22-dən Finlandiyada Rusiya ilə sərhəddə qaçqınların qovulması haqqında qanun var. Finlandiyalı hüquq müdafiəçiləri qanunun Finlandiyadakı Rusiya vətəndaşlarını “cinayətkar saydığına” və struktur irqçiliyi gücləndirdiyinə inandıqları üçün böyük şəhərlərdə bir neçə etiraz aksiyası təşkil ediblər.