Vladiqafqaz hava limanında sərnişin özünü çamadanla səhv saldı
Dünya
987
08 Jan 2025 | 23:22

Vladiqafqaz hava limanında sərnişin özünü çamadanla səhv saldı

Vladiqafqaz hava limanında yaşlı sərnişin təyyarəyə çıxışı baqaj lenti ilə qarışdırıb.
 
Bu barədə kp.ru yazır.
 
Yaşlı qadın qeydiyyatdan dərhal sonra baqaj lentinə minib. O, çamadanlarla birlikdə səyahət etmək qərarına gəlib.
 
Lakin ayırıcı pərdəyə çatdıqda, onun başı aparata dəyib və qadın yıxılıb. O, uzanmış vəziyyətdə baqaj bölməsinə yollanıb.
 
Video sosial şəbəkələrdə yayılıb. İstifadəçilərdən bəziləri vəziyyəti ələ salıb, bəzilərinin isə yaşlı qadına yazığı gəlib.

 

Link kopyalandı!
Son xəbərlər