Əhməd əş-Şəra ilk xarici səfərini bu ölkəyə edəcək
Dünya
1148
08 Jan 2025 | 15:04

Əhməd əş-Şəra ilk xarici səfərini bu ölkəyə edəcək

Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şəra ilk xarici səfərini Türkiyəyə edəcək və bu səfər ən qısa müddətdə baş tuta bilər.
 
Bu barədə "Yeni Şafak" qəzeti məlumat verib.
 
Nəşrin məlumatına görə, səfər yaxın günlərdə baş tutmalı idi, lakin proqramda edilən dəyişikliklər səbəbindən təxirə salınıb. Səfər çərçivəsində əş-Şəranın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Qəzet yazır ki, Suriyanın yeni hakimiyyətinin lideri Bəşər Əsəd administrasiyasının devrilməsində göstərdiyi dəstəyə görə ona təşəkkür etmək niyyətindədir.
 
Nəşr xatırladır ki, Suriyada müxalifətin hakimiyyətə gəlməsindən sonra Dəməşqə səfər edən ilk xarici nümayəndə Türkiyə kəşfiyyat xidmətinin rəhbəri İbrahim Kalın olub. Ondan sonra Suriya paytaxtına Türkiyənin xarici işlər naziri Hakan Fidan səfər edib. /Report/
 
Link kopyalandı!
Son xəbərlər