Bizi sosial şəbəkələrdən izləyin:
Moldova öz ərazisində Qırğızıstan, Rusiya, Liviya, Nepal, İran, Tanzaniya, Əfqanıstan və Ermənistan da daxil olmaqla 20-dən çox ölkənin aviasiya şirkətlərinin fəaliyyətini qadağan etmək niyyətindədir.
Müvafiq layihəni İnfrastruktur və Regional İnkişaf Nazirliyi ictimai müzakirəyə çıxarıb.
Layihənin məqsədi milli qanunvericiliyin Avropa İttifaqının normalarına uyğunlaşdırılmasıdır. Müzakirə 9 yanvara qədər davam edəcək.
Sənəd qəbul edilərsə, əksəriyyəti yük daşıyan 16 qırğız şirkəti Moldovanın hava məkanından və hava limanlarından istifadə edə bilməyəcək. Buraya “Aero Nomad Airlines”, “Aerostan”, “Air Company Air Kg”, “Aircompany Moalem Aviation” və s. daxildir.//Report