Suriya ordusuna əmr gəldi: Türkiyə sərhədində əməliyyat başlayır
Dünya
1211
08 Jan 2025 | 10:09

Suriya ordusuna əmr gəldi: Türkiyə sərhədində əməliyyat başlayır

Suriya Milli Ordusunun (SNA) “Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatı bölgəsində terror təşkilatı PKK/YPG-yə qarşı mümkün əməliyyat üçün hazırlıq səviyyəsi yüksəldilib.
 
Suriyada 61 illik Baas rejimini devirən Suriya Milli Ordusu Türkiyə ilə sərhəddə yerləşən bəzi bölgədə hazırlıqlar başladıb.
 
Hələbin Aynularab rayonu, Rakka vilayətinin Ayn İsa rayonu və Həsəkə vilayətinin Tel Temir qəsəbəsinə yaxın cəbhə xəttinə ağır silahlar və döyüşçülər yerləşdirib.
 
SNA Birgə Qüvvələr Komandiri Əbu Abdullah Məhəmməd bütün cəbhə xəttlərinə hərbi hazırlıqları həyəcan səviyyəsinə yüksəltmələri üçün tapşırıq verib.
 
Qeyd edək ki 2019-cu ilin oktyabrında Türkiyənin “Sülh çeşməsi” ​​​​​ əməliyyatı ilə Tel Abyad və Rəsulayn rayonları terror təşkilatı YPG/PKK-nın işğalından azad edilib.(Publika.az)
 
Link kopyalandı!
Son xəbərlər