Köçəryan Paşinyanın debat təklifini rədd etdi
Dünya
1418
07 Jan 2025 | 23:08

Köçəryan Paşinyanın debat təklifini rədd etdi

Ermənistanın sabiq rəhbəri Robert Köçəryan Baş nazir Nikol Paşinyanla debatlarda iştirakdan imtina edib.
 
Bu barədə Ermənistam mətbuatı məlumat yayıb.
 
Qeyd edək ki, daha əvvəl Ermənistanın baş naziri bildirib ki, 1994-cü ildə Bişkek atəşkəs protokolu imzalanandan bəri Qarabağ nizamlanması üzrə danışıqlar yalnız Qarabağın Azərbaycana qaytarılması ilə bağlı aparılıb və bu, Ermənistanın keçmiş liderlərinin tənqidinə səbəb olub.
 
Buna cavab olaraq Paşinyan eks-prezidentləri "nümayəndələrinin arxasında gizlənməkdə" ittiham edərək onları birbaşa debata çağırıb. Lakin Köçəryan və Sarkisyan Ermənistanın baş nazirinin təklifini rədd ediblər.
 
Bu arada Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan tərəfindən Paşinyanın özü açıq şəkildə debata çağırılıb, lakin baş nazir buna maraq göstərməyib. (Bizim.Media)
Link kopyalandı!
Son xəbərlər