Bizi sosial şəbəkələrdən izləyin:
Tibetdə ( Çinin tərkibindəki muxtar bölgə) zəlzələ nəticəsində həlak olanların sayı artıb.
Bubarədə "Sinxua" agentliyi məlumat yayıb.
Saat 19:00-a (Bakı vaxtı ilə 15:00) olan məlumata görə, 126 nəfər həlak olub, daha 188 nəfər yaralanıb.
Qeyd edək ki, Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində 7,1 bal gücündə güclü zəlzələ baş verib. İlkin məlumatlarda 95 nəfərin həlak olduğu, daha 130 nəfərin yaralandığı bildirilirdi.
Seysmoloqlar 49 yeraltı təkan qeydə alıblar və Everest artıq turistlər üçün bağlanıb.
Çin prezidenti Xi Jinping qurbanların sayını minimuma endirmək üçün xilasetmə əməliyyatına göstəriş verib.