Makron bunu öyrənməlidir! - Çad
Dünya
1325
07 Jan 2025 | 19:46

Makron bunu öyrənməlidir! - Çad

Fransa liderləri afrikalılara hörmət etməyi öyrənməlidirlər.
 
Bunu Çadın xarici işlər naziri Abderaman Kulamalla Fransa Prezidenti Emmanuel Makronun Saheldə terrorla mübarizədə göstərilən köməyə görə Afrika dövlətlərinin təşəkkür etməməsi barədə açıqlamasını şərh edərkən bildirib.
 
Kulamallanın sözlərinə görə, belə bəyanatlar Fransa liderinin Afrika və afrikalılara qarşı alçaldıcı münasibətini əks etdirir.
 
"Fransa liderləri Afrika xalqına hörmət etməyi öyrənməlidirlər", - XİN başçısı bildirib.
 
O əlavə edib ki, Fransa Çad ordusunu yaratmayıb və heç vaxt onun struktur inkişafına töhfə verməyib, əksinə, Çad xalqı tam suverenliyə və həqiqi müstəqilliyə can atır.
Link kopyalandı!
Son xəbərlər