Bizi sosial şəbəkələrdən izləyin:
Şimali Atlantika Alyansı sualtı infrastrukturu qorumaq üçün Baltik dənizinə 10-a yaxın gəmi göndərəcək.
Bu barədə "Yle" mənbələrinə istinadla məlumat yayıb.
“NATO mühüm sualtı strukturları qorumaq üçün Baltik dənizinə hərbi dəniz qüvvələri göndərəcək”, - mənbə bildirib.
Qeyd edilir ki, ümumilikdə on gəminin olacağı gözlənilir, onlar bu ilin aprel ayına qədər dənizdə qalacaqlar. Gəmilərin enerji və telekommunikasiya kabellərinin yaxınlığında yerləşəcəyi və “çəkindirici” rol oynayacağı vurğulanıb.