İranda məcburi hicab barədə yeni qanun layihəsindən imtina edilib
Dünya
1335
07 Jan 2025 | 16:52

İranda məcburi hicab barədə yeni qanun layihəsindən imtina edilib

İran hökumətinin sözçüsü Fatimə Mühacirani bu gün jurnalistlərlə keçirdiyi mətbuat konfransında "Hicab və İffət Qanunu" layihəsindən imtina edildiyini açıqlayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Fatimə Mühacirani məcburi hicab layihəsi barədə qeyd edib ki, qanunun bəzi müddəalarının ağır sosial nəticələri ola bilərdi.

"Düzgün və ağıllı addım ataraq biz "Hicab və İffət Qanunu"ndan imtina etdik. İranlı qadınlar qədimdən iffətli olublar", - deyə hökumət sözçüsü vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər