Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 maqnitudalı zəlzələ olub. Moderator.az “Report” - a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib. Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km məsafədə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib.