İran mövqelərini itirsə də, xilasımız Tehrandadır - Şahnazaryan
Dünya
1387
05 Jan 2025 | 14:19

İran mövqelərini itirsə də, xilasımız Tehrandadır - Şahnazaryan

Ermənistan Qərblə nəticəsiz flört etmək əvəzinə öz təhlükəsizliyini təmin etmək üçün Şərqə baxmalıdır, burada İranla bütün sahələrdə əlaqələrin inkişafı əsas əhəmiyyət kəsb edir.
 
Bu sözləri erməni ekspert Aram Şahnazaryan deyib.
 
“İran son hadisələrdə bir qədər mövqelərini itirsə də, hadisələrin gedişatını kəskin şəkildə dəyişdirmək üçün hər cür imkana malikdir”, - o iddia edib.
 
Şahnazaryanın fikrincə, 2025-ci il istisnasız olaraq bütün region ölkələri üçün son dərəcə çətin və gözlənilməz bir il olacaq:
 
“Düşmənlə üz-üzə gəlməyi yox, düzgün mövqe tutmağı bacaran və öz imkanlarına inananlar qalib gələcək. Burada güzəşt ölümə bərabər bir nöqsandır. Tarix buna şahiddir”.
Link kopyalandı!
Son xəbərlər