Təl-Əvivdə mitinqdən sonra 5 nəfər saxlanıldı
Dünya
1676
05 Jan 2025 | 03:36

Təl-Əvivdə mitinqdən sonra 5 nəfər saxlanıldı

Təl-Əvivdə keçirilən etiraz aksiyasından sonra polis ictimai asayişi pozduğuna görə 5 nəfəri saxlayıb.

 
Moderator.az Lent.az - a istinadla xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə, razılaşdırılmış mitinqin sonunda bir qrup nümayişçi aksiyanı bitirməkdən imtina edib və yolu bağlayaraq mitinqə davam edib.
Asayiş keşikşiləri polisə müqavimət göstərən nümayişçiləri saxlayıb.
 
Polis vətəndaşların qanuni etiraz hüququna hörmət etdiyini vurğulayıb.
 
“Eyni zamanda, polis əhalinin təhlükəsizliyinə xələl gətirə biləcək iğtişaşlara, zorakılığa və vandalizmə yol verməyəcək”, - asayiş keşikçilərinin yaydığı bəyanatda deyilir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər