Efiopiyada zəlzələ olub
Dünya
1598
05 Jan 2025 | 03:11

Efiopiyada zəlzələ olub

Efiopiyada 5,0 maqnitudalı zəlzələ olub.

 
Bunu Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
 
Mərkəzin verilənlərinə görə, yeraltı təkanlar yerli vaxtla saat 23:05-də (Bakı vxtı ilə 00:05) əhalisi təxminən 213 min nəfər olan Nazret şəhərindən 124 km şimal-şərqdə qeydə alınıb.
 
Tələfat və dağıntı barədə məlumat verilməyib.
 
“Earthquaketrack” resursuna görə, son həftədə Efiopiyada 60 zəlzələ qeydə alınıb. Seysmik aktivlik Böyük Efiopiya Rifti bölgəsində yerləşən Fentale vulkanı ilə əlaqədardır. O, sonuncu dəfə 1820-ci ildə püskürüb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər