Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya Silahlı Qüvvələri Ukraynanın Çernihiv vilayətinin Semenivka şəhərinin yaşayış massivini atəşə tutması nəticəsində yeddi nəfər yaralanıb.
Moderator.az “Report” - a istinadla xəbər verir ki, bunu regionun vilayət dövlət administrasiyasının sədri Vyaçeslav Çaus teleqramda bildirib.
“Yanvarın 4-ü axşamı rusiyalılar sərhədyanı Semenivka şəhərinə 4 İAB (idarəolunan aviasiya bombası – red.) atıblar. Mərkəzi hissəni, yaşayış massivini nişan almışdılar. Saat 23:00-a (Bakı vaxtı ilə 00:00 – red.) olan vəziyyətə görə, ilkin olaraq yeddi yaralı məlumdur, onlara lazımi yardım göstərilir”, – o yazıb.
Administrasiya sədri ərazidə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini vurğulayıb.
“İnzibati bina, kafe, yaşayış evləri və dinc sakinlərin avtomobillərinə ziyan dəyib”, – Çaus qeyd edib.