40 aslanın yaşadığı parkda itkin düşən uşaq 5 gün sonra sağ tapıldı
Dünya
1683
04 Jan 2025 | 23:23

40 aslanın yaşadığı parkda itkin düşən uşaq 5 gün sonra sağ tapıldı

Zimbabvedə qəribə olay yaşanıb. 40 aslanın yaşadığı "Matusadona" Milli Parkında itən uşaq 5 gün sonra sağ-salamat tapılıb.
 
Park əməkdaşlarının sözlərinə görə Tinotenda Pudu adlı azyaşlı evindən 23 kilometr uzaqlıqda yerləşən parka daxil olub və bir daha oradan çıxmayıb.
 
O 40 aslanın yaşadığı parkda hər gün m müxtəlif bitkilər yeyərək sağ qala bilib. 5 gün keçdikdən sonra mühafizəçilər onun sağ qaldığını görüb və ailəsinə təhvil verib.
 
Onlar 8 yaşlı Tinotenda Pudunu ayaq izlərindən tapıblar.
Link kopyalandı!
Son xəbərlər