Planetin ən yaşlı sakini vəfat etdi
Dünya
2051
04 Jan 2025 | 13:44

Planetin ən yaşlı sakini vəfat etdi

Yaponiyanın ən yaşlı sakini və dünyanın ən yaşlı insanı Tomiko İtooka 116 yaşında vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
 
Məlumata görə, İtooka dekabrın 29-da təbii səbəblərdən dünyasını dəyişib. O, dünyanın ən yaşlı insanı adını 2023-cü ilin dekabrında Yaponiya sakini olan 116 yaşlı Fusa Tatsuminin ölümündən sonra alıb.
 
Rəsmi olaraq Ginnesin Rekordlar Kitabı ona 2024-cü ilin sentyabrında ən yaşlı insan statusunu verib. İndi dünyanın ən yaşlı insanı 116 yaşlı Braziliya sakini İna Kanabarro Lukasdır.
 
Link kopyalandı!
Son xəbərlər