Erməni ordusunda “süni intellekt tağımı” yaradılır
Dünya
2109
04 Jan 2025 | 10:09

Erməni ordusunda “süni intellekt tağımı” yaradılır

Ermənistan ordusunda “süni intellekt tağımı” yaradılır.
 
Bu barədə Ermənistan MN-in yaydığı elanda bildirilib.
 
Qeyd edilib ki, müdafiə sistemində yüksək texnoloji həllərin yaradılması, onların səmərəli tətbiqi, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının bacarıqlarından daha səmərəli istifadə etmək məqsədilə müsabiqə elan edilir.
 
“2024-cü ilin qış çağırışı üzrə çağırışçılar “1991-ci il bölüyü”nün süni intellekt tağımında müddətli həqiqi hərbi xidmətə çağırış müsabiqəsində aşağıdakı ixtisaslardan biri ilə iştirak edə bilərlər: robototexnika, məlumat mühəndisliyi, məlumatların təhlili və statistikası”, - deyə bildirilib.
 
Qeyd edək ki, “1991-ci il bölüyü” adının özü Ermənistanın revanşizm iddialarından qurtulmadığının göstəricisidir.(Axar.az)
Link kopyalandı!
Son xəbərlər