BMT-nin xüsusi nümayəndəsi İsrailin tibbi boykotuna çağırış edib
Dünya
1867
03 Jan 2025 | 23:46

BMT-nin xüsusi nümayəndəsi İsrailin tibbi boykotuna çağırış edib

"Sizi qorxu və səssizliyə sürükləmək istəyən işçilərdən çəkinməyin, cəsarətli olun və bizə qoşulun!.."
 
BMT-nin Fələstinin işğal edilmiş əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albanese İsrail ordusunun Qəzzanın şimalındakı "Kamal Advan" xəstəxanasının direktoru doktor Hüsam Əbu Səfiyyəni həbs etdikdən sonra tibb işçilərini İsrail ilə bütün əlaqələri kəsməyə çağırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelan.com" nəşri yazıb.
 
Françeska Albanesenin boykot təklifi dünyada Səfiyyənin azad edilməsini tələb edən həkim və tibb bacıları tərəfindən sosial şəbəkələrdə dəstəklənib.
 
"İsrailin Qəzzada Fələstin səhiyyə sistemini tamamilə məhv etməsini, onun davam edən soyqırımının əsas aləti olaraq qətiyyətlə qınamaq üçün dünya üzrə tibb işçilərini İsraillə bütün əlaqələri kəsməyə çağırıram", - deyə Albanese bildirib.
 
CNN-in bazar ertəsi yaydığı məlumata görə, Səfiyyə pis rəftarı ilə tanınan və İsrail əsgərlərinin fələstinli məhbuslara qarşı zorakılıqları ilə məşhur olan "Sde-Teyman" həbsxanasına köçürülüb.
 
İsrail Müdafiə Ordusu Səfiyyənin həbsxanada saxlanıldığını təsdiqləməyib, lakin üç keçmiş məhbus onun orada olduğunu və onu gördüklərini  deyib.
 
Albanesenin paylaşdığı şəkildə Kaliforniya Universitetinin (San-Fransisko) həkimi doktor Rupa Mariya "Səfiyyəni azad edin!" şüarı ilə plakat tutaraq dayanıb.
 
"Həkimlər, səslərinizi qaldırın və üzünüzü göstərin!" - doktor Mariya paylaşımında yazıb. "Sizi qorxu və səssizliyə sürükləmək istəyən irqçilərdən qorxmayın. Cəsarətli olun və danışın! Bizə qoşulun!"
 
Albanese Səfiyyənin bir fotoşəkilini də paylaşıb. Bu təsirli görüntüdə doktor Səfiyyə müharibə dağıntıları arasında təkbaşına, ağ xalatda getdiyi göstərilir.
Link kopyalandı!
Son xəbərlər