"Yanvar ayınadək girovlar azad edilməzsə, Yaxın Şərqdə bədəlini ödəməli olan "cəhənnəm" baş verəcək..."
HƏMAS və İsrail arasında danışıqların detalları üzərində düyünə düşməsi vəziyyəti daha da çətinləşdirib.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Nəşr qeyd edir ki, son günlər Fələstinlə HƏMAS və İsrail hökuməti arasında atəşkəslə bağlı danışıqlar dalana dirənib.
Ərəb vasitəçiləri bildirib ki, bu, Bayden administrasi dönəminin başa çatmasınadək hər hansı bir razılaşmanın əldə olunmasını çətinləşdirir.
HƏMAS döyüşçüləri yenidən İsraildən daimi atəşkəsə razılıq verməsini tələb edir, lakin İsrail bunu artıq uzun müddətdir ki, istisna edir.
Danışıqlarda irəliləyişin olmaması ABŞ prezidentinin komandasına ağır zərbə vurub. Bu komanda xeyli vaxt və siyasi kapital sərf edərək razılaşma əldə etmək üçün nəticəsiz cəhdlər göstərib. Eyni zamanda, bu vəziyyət Qəzza sakinləri üçün də məyusluq yaradır, çünki onlar artıq bir ildən çox davam edən münaqişə və məcburi köçkünlükdən yorulub.
İsraildə girovların ailələri onların azad edilməsi məqsədilə saziş imzalanaması üçün baş nazir Binyamin Netanyahuya təzyiq göstərir. Onlar iddia edir ki, hər keçən gün girovların həyatına və rifahına təhlükə yaradır.
Vasitəçilərin sözlərinə görə, tərəflər 60 günlük bir atəşkəs dövrünü nəzərdən keçirir. Bu dövrdə Qəzzada saxlanılan 30-a qədər girovun azad edilməsi nəzərdə tutulur. Əvəzində İsrail Fələstin məhbuslarını azad edəcək və Qəzzaya daha çox humanitar yardımın daxil olmasına icazə verəcək.
Ərəb vasitəçiləri qeyd ediblər ki, hər iki tərəfin Vaşinqtonda yeni administrasiya işə başlayandan sonra danışıqlara dönəcəyini gözləyir. Yeni seçilmiş prezident Donald Tramp "Truth Social" telekanalının efirində bildirib ki, "Girovlar yanvar ayında onun vəzifəyə başlamasından öncə azad edilməzsə, Yaxın Şərqdə bədəlini ödəməli olan "cəhənnəm'' baş verəcək".
Bundan əvvəl AMES Yaxın Şərq Araşdırmalar Mərkəzinin eksperti İqor Semivolos İsrailin Qəzzadakı birinci müharibə ilində "Beş gözlənilməz hadisə"ni qeyd edib və gələcəkdə hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırıb.