Rusiyadan Ermənistana uçan təyyarədə sərnişin ölüb
Dünya
1585
03 Jan 2025 | 15:18

Rusiyadan Ermənistana uçan təyyarədə sərnişin ölüb

Rusiyadan Ermənistana uçan təyyarədə bir kişi vəfat edib.
 
Bu barədə reysi həyata keçirən "Armenian Airlines" aviaşirkətinin Mətbuat Xidməti xəbər verib.
 
Bildirilir ki, hadisə Moskva-İrəvan reysində baş verib.
 
Uçuş zamanı sərnişinin vəziyyəti kəskin pisləşib. Reysdən əvvəl o, aviaşirkət nümayəndələrinə səhhəti ilə bağlı problemlər barədə məlumat verməyib.
 
"50 yaşlı sərnişinə təkcə bort bələdçiləri deyil, həmin reyslə uçan iki həkim də yardım göstərib, lakin kişini xilas etmək mümkün olmayıb", - deyə məlumatda vurğulanıb.
 
Qeyd edilir ki, hazırda təyyarə İrəvanın "Zvartnots" hava limanındadır, hüquq-mühafizə orqanları istintaq tədbirləri həyata keçirirlər. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər