Bizi sosial şəbəkələrdən izləyin:
"Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr bizim qonşularımız və mühüm geosiyasi tərəfdaşlarımızdır. Sədrliyimiz dövründə siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə əməkdaşlığın intensivləşdirilməsinə xüsusi diqqət yetirilib. Konkret nəticələr əldə edilib, bir sıra irimiqyaslı layihələr həyata keçirilib, 80-dən çox tədbir təşkil olunub".
Moderator.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Аna dili" qəzetinə müsahibəsində bildirib.
Tokayevin sölərinə görə, son 10 ildə TDT üzvləri arasında ticarət əlaqələri əhəmiyyətli dərəcədə möhkəmlənib, 2024-cü ildə isə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 45 milyard dolları ötüb.
“Ölkələrimiz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun həyata keçirilməsində mühüm rol oynayır. Biz enerji, sənaye, kənd təsərrüfatı və rəqəmsallaşma sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”, - deyə o qeyd edib.