Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Co Bayden və komandası gizli toplantıda İranın nüvə obyektlərinə zərbələr endirmək planını müzakirə ediblər.
B barədə "Axios" portalı xəbər yayıb.
Bildirilir ki, müzakirə təxminən bir ay əvvəl baş tutan və gizli saxlanılan görüş zamanı aparılıb.
Müzakirə zamanı Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Tehranın yanvarın 20-dək nüvə silahı yaratmaq istiqamətində ata biləcəyi addımlara qarşılıq ABŞ-nin potensial hücum variantlarını təqdim edib.
Mənbələrin bildirdiyinə görə, Sallivan hesab edir ki, İranın hava hücumundan müdafiə (HHM) və raket imkanlarının zəifləməsi uğurlu zərbə ehtimalını artıracaq, həmçinin İranın cavab tədbirləri və regional eskalasiya riskini azaldacaq.
Nəşrdə vurğulanır ki, Bayden bu məsələ ilə bağlı yekun qərar qəbul etməyib.
Qeyd edək ki, bir gün əvvəl ABŞ-nin İran üzrə keçmiş xüsusi nümayəndəsinin müavini Riçard Nefyu Vaşinqtonun Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda nəticə əldə edə bilməyəcəyi təqdirdə ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyini bildirib. /Oxu.az/