Bu ölkə Ermənistan, İran və Rusiya aviaşirkətlərinə QADAĞA
Dünya
1678
03 Jan 2025 | 11:08

Bu ölkə Ermənistan, İran və Rusiya aviaşirkətlərinə QADAĞA

Moldova hakimiyyəti bir sıra ölkələrin, o cümlədən Ermənistan və Rusiya aviaşirkətlərinin fəaliyyətinə qadağa qoya bilər.
 
Moldovanın İnfrastruktur və Regional İnkişaf Nazirliyi müvafiq layihənin müzakirəyə çıxarılmasını təklif edib. Belə bir qərarın məqsədi milli qanunvericiliyi “Avropa İttifaqının normalarına uyğunlaşdırmaqdır”.
 
Siyahıya Rusiya, Ermənistan, Əfqanıstan, Qırğızıstan, Tanzaniya, Konqo, İran, Liviya və Sudan da daxil olmaqla 20-dən çox ölkənin aviaşirkətləri daxildir.
 
Qanun layihəsinin yanvarın 9-dək müzakirəsi planlaşdırılır.
Link kopyalandı!
Son xəbərlər