ABŞ-də otelin qarşısında avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub
Dünya
1594
02 Jan 2025 | 23:10

ABŞ-də otelin qarşısında avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı otelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şəxs ölkə ordusunun məzuniyyətdə olan xüsusi təyinatlı çavuşu olub.
 
Moderator.az Report-a istinadən xəbər verir ki, bu barədə "Fox News"a ABŞ ordusunun nümayəndəsi bildirib.
 
"Serjant Metyu Livelsberger Almaniyada 10-cu Xüsusi Əməliyyat Qrupunda xidmət edirdi və aktiv xidmətdə idi. Partlayış zamanı o, məzuniyyətdə olub", - "Fox News"un müxbiri Bill Melaqin “X” sosial şəbəkəsində yazıb.

 

Link kopyalandı!
Son xəbərlər