Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın Sankt-Peterburq şəhərində ana oğlunu öldürərək intihar edib.
Hadisə bu gecə şəhərin mərkəzində, Sovetskaya küçəsində baş verib.
Ata işdə olarkən ana səkkiz yaşlı uşağı boğub. Qadın oğlunu öldürdükdən sonra özünü binanın pəncərəsindən atıb. Qadın hadisədən sağ çıxa bilməyib.
Hüquq-mühafizə orqanları cinayət işi açıb. Təhlükəsizlik qüvvələri hadisənin baş vermə şəraitini yoxlayır və faciənin səbəblərini öyrənir. /Lent.az/