Nyu-Orleanda terror aktı törədən şəxs “Deloitte” şirkətinin əməkdaşı olub
Dünya
1727
02 Jan 2025 | 16:44

Nyu-Orleanda terror aktı törədən şəxs “Deloitte” şirkətinin əməkdaşı olub

Nyu-Orleanda terror aktı törədən 42 yaşlı Şamsud-Din Cabbar “Deloitte” konsaltinq şirkətinin əməkdaşı olub.

 
Moderator.az “Report” - a istinadla xəbər verir ki, bu barədə “NBC News” telekanalı şirkətin bəyanatına istinadən məlumat yayıb.
 
"Dünənki terror aktında şübhəli bilinən Şamsud-Din Cabbar 2021-ci ildən “Deloitte” şirkətində ştatda olub", - məlumatda qeyd olunur.
 
Öz növbəsində, “Wall Street Journal” nəşri Cabbarın “Deloitte” portalındakı profilinin surətinə çıxış əldə edib. Orada göstərilib ki, həmin şəxs 2024-cü ilin payızında şirkətdə "həllər üzrə aparıcı mütəxəssis" vəzifəsində çalışıb.
 
Qeyd edək ki, terror aktı nəticəsində 15 nəfər həlak olub, 30 nəfər xəsarət alıb.
Link kopyalandı!
Son xəbərlər