Ukraynadan qaz tranzitini dayandırması Rusiyanı nə qədər ziyana salacaq?
Dünya
2045
02 Jan 2025 | 15:19

Ukraynadan qaz tranzitini dayandırması Rusiyanı nə qədər ziyana salacaq?

Rusiya qazı Avropaya “Türk axını” boru kəməri ilə hələ də axa bilər, lakin artıq Ukrayna ərazisindən keçmir və bu, Avropa Birliyinə qaz idxalını təxminən 14 milyard m³ azaldacaq.
 
Bu barədə “The Independent” qəzeti məlumat yayıb.
 
Son hesablamalara görə, Rusiya Ukrayna vasitəsilə Avropaya nəql edilən qazdan əvvəllər aldığı 5 milyard avrodan məhrum qalacaq. Bu, “Qazprom”un və Rusiyanın gəlirlərinin daha da 6,7% azalmasına səbəb ola bilər.
 
Lakin “Qazprom” bundan əvvəl də itkilərə məruz qalıb. 2024-cü ilin sonuna qədər təkcə Ukrayna boru kəmərləri ilə Avropaya ixrac edilən Rusiya qazının həcmi 78% azalıb. 2023-cü ildə isə Qazprom 2001-ci ildən bəri ilk dəfə olaraq 629 milyard rubl (5 milyard 717 milyard ABŞ dolları) xalis zərəri etiraf edib. /Musavat.com/
 
Link kopyalandı!
Son xəbərlər