Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ xüsusi xidmət orqanları Nyu-Orleanda baş vermiş terror aktı ilə Las-Veqasda “Cybertruck” pikapının partlaması arasında əlaqənin olub-olmadığını araşdırır.
Bu barədə ABŞ Prezidenti Cozef Bayden söyləyib.
Amerika lideri Kemp-Deviddəki istirahət iqamətgahından baş verənlərlə əlaqədar vətəndaşlara qısa müraciətində bildirib:
“Hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətləri araşdırır, o cümlədən iki hadisə arasında hər hansı mümkün əlaqənin olub-olmadığı müəyyənləşdirilir”.
Bayden baş verənlərlə bağlı ABŞ-ın seçilmiş prezidenti Donald Trampla söhbət edib-etmədiyi və yaxın vaxtlarda ABŞ-da oxşar hadisələrin gözlənilməsi ilə bağlı jurnalistlərin müvafiq suallarını cavabsız qoyub.