Suriyanın yeni lideri PKK-çılarla görüşdü – Qərar…
Dünya
2384
01 Jan 2025 | 22:52

Suriyanın yeni lideri PKK-çılarla görüşdü – Qərar…

Suriyanın yeni lideri, “Heyət Təhrir əş-Şam” birliyinin rəhbəri Əhməd əş-Şara 30 dekabrda PKK/YPG nümayəndələri ilə görüşüb.
 
Axar.az xəbər verir ki, bu barədə APF məlumat yayıb.
 
Suriyalı adı açıqlanmayan yetkilinin agentliyə verdiyi məlumata görə, bu, Şaranın PKK nümayəndələri ilə ilk görüşü olub. Görüşdə terror təşkilatının gələcəyi ilə bağlı müzakirə aparılıb. Tərəflər qarşıdakı dövrdə bu müzakirələri davam etdirməklə bağlı razılaşıblar.
 
Qeyd edək ki, Şara bazar günü televiziyaya verdiyi müsahibədə Suriyadakı kürd qüvvələrinin də orduya inteqrasiyası lazım olduğunu ifadə edərək deyib ki, silahlar yalnız dövlətin əlində olmalıdır:
 
“Silahlı və Müdafiə Nazirliyinə daxil olmaq istəyən hər kəsi məmnunluqla qarşılayacağıq”.
Link kopyalandı!
Son xəbərlər