Bizi sosial şəbəkələrdən izləyin:
"RM Sotheby's" hərrac evi fevralın əvvəlində Parisdə baş tutacaq hərracda qeyri-adi "Jaguar" yarış avtomobilini satışa çıxaracaq.
Oxu.Az xəbər verir ki, bu barədə auto.ru yazır.
Bu 1980-ci illərin sonlarında idman yarışları üçün hazırlanmış "XJR-10" bolididir. Bu cür avtomobillər ABŞ-də keçirilən "IMSA GT" seriyasında iki qələbə qazanıb və dörd dəfə fəxri kürsüdə yer alıblar.
Prototipin qiyməti 800 min avro ilə 1,2 milyon avro arasında qiymətləndirilir.
"XJR-10" şassisini məşhur mühəndis Toni Sautqeyt hazırlayıb.