Dünya
2110
31 Dec 2024 | 18:35

"Biz lazım gəldikdə dövlətimizin dəmir yumruğunu əsirgəməyəcəyik" - Ərdoğan

"Türkiyə İsrailin Fələstin xalqına qarşı soyqırımına son qoyulması üçün mübarizəni davam etdirəcək..."
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin bölgədəki xaosdan istifadə etməsi və Siriyada yeni prosesi məhv etməsinə mane olmağın vacibliyini bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "yenisafak.com" nəşri məlumat verib.
 
Məlumatda deyilir ki, bu barədə Ərdoğan
Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zahid Əl- Nəhayan ilə telefon danışığı zamanı bəyan edib və ərəb ölkələri birliyinin əhəmiyyətini vurğulayıb.
 
Söhbət zamanı Ərdoğan həmçinin Türkiyənin Fələstindəki soyqırımın tezliklə dayandırılması üçün mübarizəni davam etdirəcəyini də qeyd edib.
 
Daha sonra Yeni il münasibətilə xalqa müraciət edərkən Türkiyə lideri bildirib ki, Türkiyə Qəzzadakı soyqırıma ən sərt şəkildə reaksiya verən və ilk gündən vicdanlı və ədalətli mövqe sərgiləyən tək ölkədir".
 
"Biz 2025-ci ildə 1967-ci il sərhədləri daxilində Şərqi Qüdsdə paytaxtı olan azad, suveren və coğrafi baxımdan inteqrasiya olunmuş bir Fələstin dövləti yaratmaq üçün hər cür səy göstərəcəyik", - Ərdoğan bildirib.
 
Ümumilikdə Yaxın Şərq barədə danışarkən Ərdoğan Türkiyənin bölgədəki planlarını həyata keçirmək üçün ən qəriyyətli addımlar atmağa hazır olduğunu söyləyib.
 
"Biz ölkəmiz üçün yeni bir yol açacaq bu prosesin, qarşılıqlı xoş niyyət və anlayışla sülh şəraitində keçməsi üçün bütün səyləri göstəririk. Buna baxmayaraq, biz lazım olduqda dövlətimizin dəmir yumruğunu əsirgəmədən istifadə edəcəyik", - Ərdoğan öz vətəndaşlarına səslənib.
 
Bundan əlavə, Türkiyə lideri həm BƏƏ prezidenti ilə söhbətində, həm də xalqa müraciətində terrorizmə qarşı mübarizəyə xüsusi diqqət yetirib və Türkiyənin Suriyada kürd hərbi birləşmələrinin mövcud olmasına və İŞİD-in yenidən dirçəlməsinə yol verməyəcəyini vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər