ABŞ müharibə dövründə Ukraynaya 65,4 milyard dollar yardım ayırıb
Dünya
1732
30 Dec 2024 | 20:55

ABŞ müharibə dövründə Ukraynaya 65,4 milyard dollar yardım ayırıb

Prezident Cozef Baydenin hakimiyyəti dövründə ABŞ Ukraynaya 66 milyard dollardan çox hərbi yardım ayırıb.
 
Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.
 
Bildirilib ki, bu məbləğin təxminən 65,4 milyard dolları Rusiya ilə Ukrayna arasındakı müharibə zamanı ayırılıb.
 
Məlumata görə, Baydenin prezidentliyi dövründə ABŞ başqa avadanlıqlarla yanaşı, “Patriot” hava hücumundan müdafiə sisteminin üç batareyasını və 12 NASAMS hava hücumundan müdafiə sistemini Kiyevə verib. Bundan əlavə, Ukraynaya 40-dan çox HIMARS MLRS, 200-dən çox 155 mm-lik haubitsa və 3 milyondan çox 155 mm-lik artilleriya mərmisi, 7 mindən çox yüksək dəqiqlikli 155 mm-lik mərmi göndərilib.
 
Pentaqonun tərtib etdiyi siyahıya həmçinin 300-dən çox “Bradley” piyada döyüş maşını, 31 “Abrams” tankı və 1,7 minə yaxın müxtəlif zirehli transportyor daxildir.
 
Qeyd edək ki, C.Bayden 2021-ci ildə hakimiyyətə gəlib.
Link kopyalandı!
Son xəbərlər