Çin məhkəməsi məktəblini qətlə görə ömürlük həbs cəzasına məhkum edib
Dünya
1725
30 Dec 2024 | 19:43

Çin məhkəməsi məktəblini qətlə görə ömürlük həbs cəzasına məhkum edib

Çin məhkəməsi bazar ertəsi ölkədə rezonans doğuran, 13 yaşlı yeniyetmənin sinif yoldaşları tərəfindən qətlə yetirilməsi işi üzrə hökmünü açıqlayıb.

 
Moderator.az Oxu.az - a istinadla xəbər verir ki, bu barədə "Sinxua" nəşri məlumat yayıb.
 
Məhkəmə hökmünə əsasən, Çjan soyadlı təşkilatçı ömürlük siyasi hüquqlardan məhrum edilməklə ömürlük həbs cəzasına, onun cinayət ortağı Li soyadlı şəxs isə 12 il həbs cəzasına məhkum edilib.
 
İstintaqla müəyyən edilib ki, cinayət 2024-cü ilin mart ayında törədilib. Çjan və Li qurbanı vəhşicəsinə öldürüb və cəsədi basdırıblar. O zaman hər ikisi 13 yaşında olub.
 
İşə cəlb edilmiş, lakin qətldə birbaşa iştirak etməyən digər təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.
 
Məhkəmə hökmündə qeyd olunub ki, Çjan və Linin əməli son dərəcə qəddar hesab edilib və hər ikisi cinayəti törədərkən 12-14 yaş kateqoriyasında olduğundan, Çin Cinayət Məcəlləsinə əsasən, cinayət məsuliyyəti daşımalıdırlar.
 
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən Çjan və Linin Van soyadlı sinif yoldaşı ilə münaqişələri olub və Çjanın təklifi ilə onlar qətl törətmək barədə sövdələşiblər. Mart günlərinin birində Çjan Linin köməyi ilə qurbanı bel ilə öldürüb. Sonra onlar birlikdə cəsədi basdırıb və qurbanın pullarını bölüşdürüblər.
 
Çin Cinayət Məcəlləsinə əsasən, 12-14 yaş arasında olan şəxslər qəsdən adam öldürmə və ya ölümlə nəticələnən hücum, yaxud ağırlaşdırıcı hallarda xüsusilə qəddar üsullarla ağır əlillik törətdikdə, Ali Xalq Prokurorluğu tərəfindən cinayət təqibi sanksiyalaşdırıldıqda cinayət məsuliyyətinə cəlb olunurlar.
Link kopyalandı!
Son xəbərlər