Bizi sosial şəbəkələrdən izləyin:
Avstraliyada qadın ögey qardaşı ilə evlənib.
Bu barədə məlumatı “Daily Mail” yayıb. Qeyd olunub ki, valideynləri öləndən sonra cütlüyün münasibəti başlayıb.
Məlumatı sosial şəbəkədə paylaşan gəlinin rəfiqəsi bildirib ki, həmçinin qızın bacısı da bəyin əmisi oğlu ilə sevgilidir. Gəlinin bacısı deyib ki, sevgilisi ilə təsadüfən tanış olublar və ailələri arasında ailə bağlılığından xəbəri olmayıb. O, əlavə edib ki, onların münasibətləri qərəz deyil, sevgi üzərində qurulub.
Sosial şəbəkədəki bu paylaşıma çoxlu rəylər yazılıb. Bəziləri, bu evliliyi tənqid etsə də, onları müdafiə edənlər də olub.
Qeyd edək ki, Avstraliya qanunlarına görə, qohumlar və bacı-qardaşlarla evlilik qadağandır. Lakin qanuni övladlığa götürmə olmadıqda ögey qohumlarla nikahlara icazə verilir. /Lent.az/