Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvada saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Sabiq nazir Rusiyanın paytaxtının “Tverskaya” küçəsində saxlanılıb.

Karapetyan Ermənistanda qanunsuz biznesdə iştirak, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər ittihamlarla axtarışa verilib.

Arşak Karapetyan 2021-ci ildə bir neçə ay Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb.