Bizi sosial şəbəkələrdən izləyin:
Xorvatiyada keçirilən prezident seçkisində səsvermə başa çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, artıq səslərin hesablanması başlayıb.
Dövlət Seçki Komissiyasının (DSK) məlumatına görə, seçici fəallığı 36,09% təşkil edib ki, bu da əvvəlki seçki ilə müqayisədə 2,5 faiz çoxdur.
Qeyd edək ki, Xorvatiya vətəndaşları bazar günü daha beş il müddətinə prezident seçiblər. Dövlət başçısı postu uğrunda 8 nəfər mübarizə aparıb. Favoritlər hazırkı prezident Zoran Milanoviç və onun əsas siyasi rəqibi, hakim Xorvatiya Demokratik Birliyi partiyasının dəstəklədiyi müstəqil namizəd Draqan Primorakdır.
Əgər birinci turda heç bir namizəd 50%-dən çox səs toplamasa, 14 gün sonra ikinci tur keçiriləcək və burada birinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.