KİV: Tramp Ukraynanı sülh razılaşmasına məcbur edə bilər
Dünya
1918
29 Dec 2024 | 01:32

KİV: Tramp Ukraynanı sülh razılaşmasına məcbur edə bilər

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanəti vermədən onu sülh sazişi bağlamağa məcbur edə bilər.
 
Bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti yazıb.
 
Məqalədə deyilib ki, nizamlanma ABŞ, Rusiya və Çin arasında böyük sövdələşmə formasında baş tutacaq. Razılaşmanın şərtlərinə görə, ABŞ-ın bir sıra təsir dairələrindən imtina edəcəyi iddia edilib.
 
“Berliner Zeitung” qəzeti yazıb ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar Rusiya və ABŞ arasında aparılmalıdır. Nəşrin məlumatına görə, kritik məsələlər ikitərəfli qaydada müzakirə olunacaq.
Link kopyalandı!
Son xəbərlər