Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında Suriyadakı kürd qüvvələri ilə bağlı məsələni müzakirə edib.
Bu barədə Anadolu Agentliyi xəbər yayıb.
H.Fidan qeyd edib ki, “terror təşkilatı PKK/YPG-nin Suriyaya sığınmasına icazə verilə bilməz”.
Həmçinin bildirilir ki, Türkiyə xarici işlər naziri Suriyada sabitliyin təmin edilməsi və keçid dövrünün nizamlı şəkildə başa çatması üçün Suriyanın yeni administrasiyası ilə əməkdaşlıqda fəaliyyət göstərməyin vacibliyini vurğulayıb.
“Türkiyə Suriyanın yeni administrasiyasının ölkənin ərazi bütövlüyü və təhlükəsizliyini təmin etmək səylərini dəstəkləyir.
Türkiyənin xarici işlər naziri həmçinin Vaşinqtonu Qəzzada daimi atəşkəsə nail olmaq üçün daha çox səy göstərməyə çağırıb”, - məlumatda deyilir.