Fidan: PKK-nın Suriyaya sığınmasına icazə verilməyəcək
Dünya
1920
28 Dec 2024 | 19:42

Fidan: PKK-nın Suriyaya sığınmasına icazə verilməyəcək

Suriyada sabitliyin təmin edilməsi və keçid dövrünün nizamlı şəkildə başa çatdırılması üçün bu ölkənin yeni administrasiyası ilə əməkdaşlıq vacibdir.
 
"Report" Tükiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığı zamanı deyib.
 
Fidan Suriyanın yeni rəhbərliyinin ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki səylərini dəstəklədiklərini bildirib.
 
Onun sözlərinə görə, PKK/YPG terror təşkilatının Suriyaya sığınmasına icazə verilməyəcək.
 
Bununla yanaşı, o, Qəzzada daimi atəşkəsin təmin edilməsi üçün daha çox səy göstərilməli olduğunu bəyan edib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər