Dünya
1906
28 Dec 2024 | 19:10

"Qazprom" borclarına görə Moldovaya qaz nəqlini dayandıracaq

"Qazprom" borclarına görə yanvarın 1-dən Moldovaya qaz nəqlini dayandıracaq.
 
Bu barədə "Qazprom: məlumat yayıb.
 
“Bununla əlaqədar olaraq, müqavilənin müddəalarına və Rusiya qanunvericiliyinin tətbiq olunan normalarına əsaslanaraq, “Qazprom” Səhmdar Cəmiyyəti 2025-ci il yanvarın 1-də Moskva vaxtı ilə saat 8:00-dan Moldovaya təbii qazın tədarükünə sutkada 0 kubmetr məhdudiyyət qoyur. Məhdudiyyət "Moldovagaz" ASC-yə əksini yazılı şəkildə bildirənə qədər qüvvədə qalacaq", - deyə "Qazprom"dan bildirilib.
Link kopyalandı!
Son xəbərlər