Bozumbayev: Aktau yaxınlığındakı təyyarə qəzasını araşdıran komissiyanın statusu artırılıb
Dünya
1667
28 Dec 2024 | 18:45

Bozumbayev: Aktau yaxınlığındakı təyyarə qəzasını araşdıran komissiyanın statusu artırılıb

Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının araşdırılması üzrə komissiyanın statusu artırılıb.
 
“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu hökumət komissiyasına rəhbərlik edən Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev deyib.
 
Onun sözlərinə görə, bundan sonra təyyarə qəzasını araşdıran komissiyaya nəqliyyat naziri Marat Karabayev rəhbərlik edəcək və bu qərar bu gün qəbul edilib.
 
"Yəni biz bu komissiyanın statusunu nazir səviyyəsinə qaldırırıq", - Bozumbayev izah edib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər