Dünya
1497
25 Dec 2024 | 22:21

"Ukrayna münaqişəsi səbəbindən Avropa qadınları dünyaya az uşaq gətirməyə başlayıb" - "Financial Times"

"Mənə xoşbəxtlik üçün övladlar lazım deyil, həm də mən bu işin öhdəsindən gələ biləcəyimə və bu məsuliyyəti daşıyacağıma əmin deyiləm..."
 
Avropa problemlə üzləşib, qitə ölkələri bir-birinin ardınca doğum göstəricilərinə görə aşağıya enməkdə davam edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" nəşri yazıb.
 
Qeyd edilir ki, avropalılar Ukraynada münaqişə və artan inflyasiya fonunda uşaq dünyaya gətirilməsi ilə bağlı düşünməyə başlayıb.
 
Avropa İttifaqının ən sıx məskunlaşan ölkəsi olan Almaniya daxil olmaqla üç üzvü "ifrat aşağı" doğum göstəricisi olan ölkələr sıyahısına daxil olub, bu da regionun demoqrafik problemlərinin miqyası və kəskinliyini göstərir.
 
Rəsmi statistikaya görə, 2023-cü ildə Almaniyada doğum səviyyəsinin BMT-nin "ifrataşağı" həddindən aşağı enərək hər bir qadına 1, 4 körpə düşüb. Belə ssenaridə doğum göstəricilərinin aşağı düşməsinin qarşısını almaq çətin olacaq. 
 
1, 4 göstəricisi həmçinin Estoniya və Avstriyada qeydə alınıb və onlar doğum göstəriciləri kritik həddən aşağı düşən İspaniya, Yunanıstan və İtaliya daxil olmaqla Avropa İttifaqının doqquz ölkəsinə qoşulub.
 
Doğum göstəricilərinin aşağı düşməsi qismən insanların nəsil artırılmasını 30 və daha çox yaşlarınadək təxirə salması ilə bağlıdır, bu da bioloji saatlara görə istədiyiniz sayda övladlarınızın olmayacağı riskini yaradır. Bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş iqtisadçısı Villem Adema izah edib. 
 
İmmiqrasiya olmadan aşağı doğum göstəricisi əmək qabiliyyətli əhalinin sayının aşağı düşməsinə gətirib çıxarır, dövlət xəzinəsi yüklənir və iqtisadi artım məhdudlaşdırır.
 
Gənclər yaşa dolduqca ev əldə etməsi kimi mühüm məqsədlərə çatdığından Avropa İttifaqı üzrə ilk dəfə uşaq dünyaya gətirən qadınların orta yaşı 2023-cü ildə 31, 1 yaşa çatıb, bu, on il öncə olduğundan bir yaş çoxdur.
 
Bu göstərici Almaniyada 31, 4-ə çatıb, İspaniya, İtaliya və İrlandiyada 32-ni keçib. Avstriyada 2023-cü ildə bu göstərici 2022-cü ildəki 1, 41-dən 1, 32-yə düşüb. Estoniyada bu göstərici 2022-cü ildəki 1, 41-dən 2023-cü ildə 1, 31-ə düşüb.
 
Doğum göstəriciləri bütün Avropa boyunca, hətta Finlandiya, İsveç və Fransa kimi ailəyə önəm verilən siyasətin xas olduğu və gender bərabərliyinin hər şeydən öncə körpələrin sayının artmasına sövq edən  ölkələrdə də aşağı düşür. 
 
Finlandiyada 2010-cu ilədək doğum göstəricisi Avropa İttifaqı üzrə orta göstəricidən yüksək olub, lakin 2023-cü ildə 1, 26-ya düşüb, bu da 1776-cı ildən bəri toplanan ən aşağı statistik göstəricidir.
 
Ən yüksək doğum göstəricisi hər bir qadına 1, 79 körpə olmaqla Fransada 2022-ci ildə qeydə alınıb, lakin milli məlumatlar göstərib ki, artıq ötən ildə bu göstərici 1, 67-yə, ən aşağı səviyyəyə düşüb.
 
Doğum göstəriciləri hətta ifrat aşağı olan ölkələrdə də aşağı düşərək 2023-cü ildə İspaniyada 1, 12-yə, İtaliyada 1, 2-yə düşüb.
 
BMT-nin əhalinin məskunlaşması məsələləri üzrə əməkdaşı Quanyuy Çjan hökumətlərə "ailəyə daha dostcasına olan və gender xüsusiyyətlərini nəzərə alan siyasi tədbirlərin" görülməsinə çağırış edib və bəyan edib ki, bu, qadın və kişilərə istədikləri sayda uşaqlara malik olmağa imkan verəcək. 
 
Ekspertlər hesab edir ki, uşaqların sayının azalması meyli qismən iqtisadi və siyasi təlatümlərlə bağlıdır. Həmçinin sosial məsələlərdə dəyişiliklər öz rolunu oynaya bilər.
 
Viılem Adema deyib: "Yaxşı valideyn olmağın nə demək olduğu barədə müasir təsəvvürlər belədir ki, bir çox insanlar deyir: "Mənə xoşbəxtlik üçün övladlar lazım deyil, bundan başqa, mən bu işin öhdəsindən gələ biləcəyimə və bu məsuliyyəti daşıyacağıma əmin deyiləm".
 
Müəllif: Valentina Romey
Link kopyalandı!
Son xəbərlər