Dünya
388
00:36, Bu gün

"Almaniya kansleri Polşa prezidentinin üzərinə gedib" - "Financial Times"

"Siz bunun bizim maliyyə bazarlarımızın sabitliyinə necə təsir edəcəyini anlamırsınız..."
 
Bu həftə Avropa İttifaqı liderlərinin görüşündə Rusiyanın dondurulmuş aktivləri Almaniya kansleri Olaf Şoltsla Polşa prezidenti Anjey Duda arasında mübahisəyə səbəb olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Görüş çərşənbə günü axşam Brüsseldə NATO baş katibi Mark Rüttenin evində keçirilib. 
 
Ukraynaya bundan sonra da dəstək verilməsi yollarının müzakirəsi zamanı Polşa prezidenti Avropa İttifaqına Rusiyanın 260 milyard avro məbləğində dondurulmuş aktivlərinin, nəhayət, müsadirə edilməsi və Kiyevə dəstək üçün istifadə edilməsinə çağırış edib.
 
Bu ideya artıq çoxdandır ki, ABŞ və Böyük Britaniya tərəfindən irəliyə çəkilir, bu zaman Almaniya, Fransa və İtaliya buna qarşı çıxır.
 
"Siz bunun bizim maliyyə bazarlarımızın sabitliyinə necə təsir edəcəyini anlamırsınız. Siz heç avrodan istifadə etmirsiniz!" - Şolts əyləşdyi stoldan Dudanın üstünə çığırıb, bununla da görüşdə iştirak edən digər liderləri heyrətləndirib, nəşr yazıb.
 
Qeyd etmək lazımdır ki, Polşa həqiqətən də avroya keçməyib və özünün zlotı valyutasından istifadə edir.
 
Rusiyanın Qərbdəki aktivlərinin dondurulması
 
Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləsindən sonra Qərb ölkələri Rusiyanın əsasən müxtəlif növ qiymətli kağızlar və valyuta depozitləri hesabında olan aktivlərini dondurub.
 
Rusiyanın Mərkəzi Bankı və digər dövlət qurulmlarına, habelə sanksiyalar altında olan şəxslərə məxsus aktivlərinin ümumi həcmi təxminən 300 milyard dollar təşkil edir, onların böyük hissəsi Avropa İttifaqı ölkələrindədir.
 
Aktivlərin dondurulması o deməkdir ki, bu aktivlər Rusiyaya məxsus olmaqda davam edir, lakin hal-hazırda Rusuya onlardan istifadə etmək hüququndan məhrum edilib.
 
Bu yaxınlarda G7 ölkələri bu dondurulmuş aktivlərdən gələn gəlirləri Ukraynaya vermək barədə razılığa gəlib. Lakin Ukrayna və bəzi digər ölkələrin bu pulları birdəfəlik müsadirə etmək çağırışlarına rəğmən, aktivlərin özü toxunulmaz qalır.
Link kopyalandı!
Son xəbərlər